25 C
Baku
Monday, October 13, 2025

“Polymarket”in 27 yaşlı  qurucusu Şeyn Koplan dünyanın ən gənc “self-made” milyarderi olub

“Forbes”in 2025-ci ildə dərc etdiyi məlumata görə, “Polymarket”in 27 yaşlı  qurucusu Şeyn Koplan dünyanın ən gənc “self-made” milyarderi olub. Blokçeyn əsasında proqnoz bazarı üzrə ixtisaslaşan şirkətdə Koplan 11% paya sahibdir. Qeyd edək ki, “Polymarket”in dəyəri 1 milyard dollardır.

Nyu-York Fond Birjasının ana şirkəti olan “Intercontinental Exchange” 20% səhm müqabilində startaöa 2 milyard dollar sərmayə qoyub. 2025-ci ilin əvvəlində şirkət 1,2 milyard dollar dəyərində qiymətləndirilib.

“Polymarket” — kriptovalyuta sahəsində ən sürətlə inkişaf edən startaplardan biridir. O, seçkilərin nəticələri, biznes əməliyyatları, təbii fəlakət ehtimalları və digər hadisələr üzrə səsvermə aparmağa imkan verən bir platformadır. Şirkət 2024-cü ildə ABŞ prezident seçkiləri dövründə geniş populyarlıq qazanıb. O dövrdə mərclərin həcmi pik nöqtədə 85 milyon dollar təşkil edib.

“Polymarket” ticarət zamanı komissiya almır, buna görə platformanın necə gəlir əldə etdiyi qaranlıq qalır, “Forbes” yazır. Lakin investisiyaların cəlbindən sonra Koplan “X”də $POLY tokeninin mümkün buraxılışına işarə edib.

Koplan “Polymarket”i 2020-ci ilin martında pandemiya dövründə Nyu-Yorkdakı mənzilindən işləyərək qurub. Startap tezliklə kripto icmasının diqqətini çəkib və “Cryptobank”un məlumatına görə həmin il 4 milyon dollar investisiya cəlb edib. 2024-cü ildə isə daha iki maliyyə raundunda müvafiq olaraq 25 və 45 milyon dollar qazanıb.

2025-ci ilin oktyabrında Koplan əlavə iki qeyri-publik raund barədə (ümumilikdə 205 milyon dollar məbləğində) danışıb, həmin raundlarda “Figma”nın həmtəsisçisi Dilan Fild və “Uber”n qurucusu Trevis Kalanik iştirak ediblər. Startap ilkin investisiyaları “Ethereum”un yaradıcısı Vitalik Buterin və “Airbnb”nin həmtəsisçisi Co Qebbidən alıb.

“Pandemiyada itirəcəyim heç nə yox idi. 21 yaşım var idi, pullarım qurtarırdı, təhsili buraxmağımdan 2,5 il keçmişdi, öyünəcək heç nə yox idi. Ancaq anlayırdım ki, həqiqət axtarışı əvvəllərkindən daha vacib olacaq və Polymarket bunda mühüm rol oynaya bilər”, – deyə Koplan bildirib.

2022-ci ilin yanvarında Mal və Əmtəə Fyuçersləri üzrə Komissiya (CFTC) şirkətdən qeydə alınmamış bazar təkliflərinə görə 1,4 milyon dollar cərimə etməyi və ABŞ-lı istifadəçiləri bloklamağı tələb edib.

2025-ci ilin iyulunda CFTC və Ədliyyə Nazirliyi Donald Tramp administrasiyası dövründə proqnoz kripto bazarlarının tənzimləməsinin yumşalması fonunda istintaqları dayandırıb, “Forbes” yazır. Avqustda Donald Trampın oğlu tərəfindən investisiya fondu şirkətə sərmayə qoyub və özü “Polymarket”in məsləhət şurasına daxil olub.

Son xəbərlər
Digər xəbərlər