Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ərzaq məhsulları (“Şirniyyat halvalarının istehsalı”, “Göbələk istehsalı”, “Pomidor emalı müəssisələrinin yaradılması”, “Mini konserv istehsalı” və “Nehrə yağının istehsalı və qablaşdırılması”) üzrə daxili bazar araşdırmalarının aparılmasına dair məsləhət xidmətlərinin satın alınması məqsədilə təkliflər sorğusu elan edir.
Təkliflər sorğusu prosedurunda iştirak etmək üçün bu sahədə ixtisaslaşmış potensial malgöndərənlər (podratçılar) dəvət olunur. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Sorğuda iştirak etmək istəyən malgöndərənlər (podratçılar) LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini tender komissiyasına təqdim edə bilərlər.