“Yaz aylarında Azərbaycanın pomidor ixracında yarana biləcək çətinliklərin aradan qaldırılması üçün Rusiya tərəfi ilə danışıqlar aparılır”.
Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı dövlət proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.
Onun sözlərinə görə, pomidor ixracı Azərbaycan üçün çox önəmli məsələdir: “Prezident İlham Əliyevin bu məsələ ilə bağlı tapşırığı var. Bu səbəbdən də yaz aylarında Azərbaycandan pomidor ixracı ilə bağlı yarana biləcək çətinlik aradan qaldırılacaq. Bunun üçün artıq Rusiya tərəfi ilə danışıqlar aparılır”.
Report