2021-ci ilin yanvar ayında Azərbaycandan 6 milyon 854 min dollar dəyərində 7 min ton pomidor ixrac edilib.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2020-ci illə müqayisədə 2021-ci ildə pomidor ixracı miqdar ifadəsilə 34%, dəyər ifadəsilə 48.3% azalıb.
2020-ci ilin yanvarında Azərbaycandan 13 milyon 249 min dollar dəyərində 10 min 612 ton pomidor ixrac edilmişdi.
2021-ci ildə ümumi ixracının 0.42%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 4.69%-i pomidorun payına düşüb.