26 C
Baku
Saturday, July 27, 2024

Pompeo ABŞ-ın Qarabağ üçün etdiyi ianələrdən danışdı

ABŞ-ın dövlət katibi Mayk Pompeo Gürcüstana səfəri zamanı bildirib ki, Qarabağ münaqişəsindən zərər çəkən insanlara kömək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə ümumilikdə 5 milyon dollar bağışlanıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

O, digər beynəlxalq və qeyri-hökumət təşkilatlarına da vəsait ayrıldığını vurğulayıb.

Pompeo tərəfləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həllinə başlamağa çağırıb.

“Diplomatik iştirakımızla yanaşı, Beynəlxalq Qırmızı Xaç Komitəsinə və digər qeyri-hökumət təşkilatlarına dəstək olmaq üçün 5 milyon dollar humanitar yardım ayrılıb”, – mesajda deyilir.

Xatırladaq ki, Pompeonun çərşənbə axşamı günü Gürcüstana iki günlük səfəri baş tutub.

Son xəbərlər
Digər xəbərlər