13 C
Baku
Friday, April 19, 2024

Pompeo: “ABŞ Şimali Koreya ilə danışıqlarda istədiyini ala bilməyib”

“ABŞ və Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) daha əvvəl Sinqapurda əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində böyük addımlar atıb”.

TASS-a istinadən, bunu Hanoyda jurnalistlərə açıqlamasında ABŞ dövlət katibi Maykl Popmeo deyib.

O, ABŞ və KXDR liderlərinin əldə etdikləri irəliləyişi müsbət qiymətləndirib, amma daha çoxuna nail olmağın qeyri-mümkünlüyünə görə təəssüfləndiyini bildirib.

Dövlət katibinin sözlərinə görə, ABŞ KXDR ilə danışıqlarda istədiyini ala bilməyib: “Kim Çen In ABŞ-ın tələblərini yerinə yetirməyə hazır deyildi”.

M.Pompeo əlavə edib ki, rəsmi Vaşinqton və Pxenyan nüvəsizləşdirmə mövzusunda danışıqları davam etdirəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər