Pompeo Çini ABŞ üçün əsas xarici təhlükə adlandırıb

“Çin orta və uzunmüddətli perspektivdə ABŞ üçün əsas xarici təhlükədir”.

Bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo “Fox News”a verdiyi müsahibədə deyib.

“Orta və uzunmüddətli perspektivdə ABŞ-ın üzləşdiyi ən böyük xarici təhlükə bu gün Çindəki rejim tərəfindən ortaya qoyulan təhlükədir, bu, Si Çinpinin rəhbərlik etdiyi Çin Kommunist Partiyasıdır”, – deyə Pompeo bildirib.