18 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Pompeo Çini “Huawei” vasitəsilə Britaniyaya təzyiq göstərməkdə ittiham edib

faizlere

ABŞ-ın dövlət katibi Mayk Pompeo ÇXR hökumətini “Huawei” şirkəti və “HSBC” bankı vasitəsilə Böyük Britaniyaya təzyiq göstərməkdə günahlandırıb.

“RİA Novosti” xəbər verir ki, Pompeo “Huawei” şirkətinin “Çinin Kommunist partiyasının dövlət kəşfiyyatını davam etdirdiyini” bildirib.

“Birləşmiş Ştatlar öz müttəfiqləri ilə birgə Çin Kommunist partiyasının məcbur etmə və hədə-qorxu gəlmə taktikasına qarşı mübarizə aparır. Son olaraq, Pekin 5G şəbəkəsinin Birləşmiş Krallıq ərazisində qurulmasına Londonun icazə verməyəcəyi təqdirdə Britaniyanın “HSBC” bankını cəzalandırmaqla və burada Atom Elektrik Stansiyasının inşası üzrə öhdəliklərini pozacağı ilə hədələyib”, – Pompeo belə deyib.

Dövlət katibi xatırladıb ki, ötən həftə “HSBC”-nin Asiya-Sakit okean bankının baş direktoru, Çin Xalq Siyasi Məşvərət Konfransının üzvü Piter Vonq “Honkonqun muxtariyyətini məhv etmək və BMT tərəfindən qeydə alınmış müqavilədəki öhdəlikləri pozmaqla bağlı Pekinin katastrofik qərarı”nı dəstəkləyən petisiya imzalayıb.

Pompeonun sözlərinə görə, bundan bir qədər əvvəl Avstraliya, Danimarka və “digər müstəqil dövlətlər” də Çin Kommunist partiyasının təzyiqi ilə üzləşiblər.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:APA
Son xəbərlər
360 380
Oxşar xəbərlər