ABŞ dövlət katibi Mayk Pompeo gələn həftə Avstriya, Sloveniya, Polşa və Çexiyaya səfər edəcək.
“TASS” xəbər verir ki, bu barədə Pompeo Dövlət Departamentində keçirdiyi mətbuat konfransında bəyan edib.
“Hər dörd ölkə Amerikanın böyük dostlarıdır. Bu səfərin çox vacib və məhsuldar olacağını gözləyirəm”-deyə, o bildirib.