25 C
Baku
Friday, April 19, 2024

Pompeo Hörmüz boğazı ərazisini qorumaq üçün koalisiya yaradır

Vaşinqton Hörmüz boğazı ərazisində asayişi qorumaq məqsədilə koalisiya yaradır.

Banker.az xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Michael Pompeo bildirib.

Onun sözlərinə görə, patrulun əsas məqsədi ticarət yollarını saxlamaqdır. “Bu işdə bütün dünya iştirak edəcək”, – deyə dövlət katibi bildirir.

Pompeo Amerika prezidenti Donald Tramp-ın ABŞ-ın İranla müharibə istəmədiyini “açıq şəkildə bildirən” mövqeyini xatırlatdı. “Biz sadəcə istəyirik ki, dünyada terror fəaliyyəti dayandırılsın. Buna görə də İran İslam Respublikası rəhbərliyinin davranışlarını dəyişdirmək üçün çalışırıq”.

Koalisiyanın yaradılmasının zəruri olması haqda ştabların generalı danışıb. Reuters xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ bu sahədə əməkdaşlıq etmək üçün bir çox ölkələrlə danışıqlar aparır.

Son xəbərlər
Digər xəbərlər