14 C
Baku
Friday, November 15, 2024

Populyar “Avast” antivirusu rəqibini alır

Çexiyanın populyar “Avast!” antivirusunun tərtibatçısı “Avast Software” şirkəti rəqibi “AVG Technologies” şirkətini satın alıb.

Antivirusun rəsmi saytındakı məlumatına görə, “Avast” AVG-nin hər səhminə görə 25 dollar ödəyəcək və razılaşmanın ümumi dəyəri 1,3 milyard dollar təşkil edəcək.

Şirkətin birləşməsi üçün vəsait “Credit Suisse Securities”, “Jefferies” və “UBS Investment Bank”ın daxil olduğu konsorsiumdan borc alınıb. AVG-nin mənzil-qərargahı Hollandiyada yerləşir, ancaq şirkət özü Çexiyada təsis edilib.

“Avast” AVG ilə bir neçə ay ərzində birləşəcək. Məlumatda deyilir ki, AVG-nin Direktorlar Şurası səhm sahiblərinə bu sazişlə razılaşmağı məsləhət görür.

Sazişin əsas məqsədi bazardakı “Kasperski Laboratoriyası” və “McAfee” kimi digər güclü oyunçulara qarşı məhsullarını və istifadəçi bazasını birləşdirməkdən ibarətdir. Güman edilir ki, AVG ilə birləşmədən sonra “Avast”a məxsus sistemlər 400 milyon cihaza xidmət göstərəcək. Onlardan 160 milyon ədədi smartfonlar, planşetlər və digər mobil cihazlardır. Hazırda “Avast Software” şirkəti məhsullarının auditoriyası 230 milyona yaxın istifadəçi təşkil edir.

Lent.az

Son xəbərlər
Digər xəbərlər