11 C
Baku
Monday, November 25, 2024

Poroşenkonun Ukraynanı tərk etməsinə icazə verilməyib

Ukraynanın Dövlət Sərhəd Xidməti ikinci dəfə sabiq prezident Petro Poroşenkonun ölkəni tərk etməsinə icazə verməyib.

Bu barədə Ali radanın deputatı Viktoriya Sumar Tvitterdə yazıb.

“Bu dəfə QR kod oxundu, ezamiyyət həqiqi idi. NATO-nun parlament Assambleyası işinə başlamışdı. Lakin sərhədçilər bildirdilər ki, sənədlər qaydasında deyil” – deyə deputat qeyd edib.

Qeyd edək ki, mayın 27-də də Poroşenkonu Vilnüsdə keçiriləcək NATO-nun tədbirinə getməsinə Sərhəd xidməti icazə verməmişdi.

 

 

 

Son xəbərlər
Digər xəbərlər