7 C
Baku
Sunday, December 29, 2024

“Porsche” 10 mindən çox avtomobili geri çağırır

“Porsche” 10 mindən çox avtomobilini geri çağırır.

Almaniyanın “Porsche” şirkəti disklərində mərkəzi kilid sistemi olan bəzi avtomobillərin təkərlərində problem yaranması səbəbindən geri çağırılmasına qərar verib. Şirkət bəzi modellərdə düzgün bərkidilməmiş təkərlərin sıradan çıxma riskinin olduğunu bildirib.

Geri çağırılma 2023-cü il sentyabrın 1-dən 2024-cü il oktyabrın 23-dək istehsal edilən “911”, “718” və “Panamera” modellərinin bir hissəsini əhatə edir. Şirkətin avtomobil sahiblərinə etdiyi xəbərdarlıqda düzgün bərkidilməmiş təkərlərin mərkəzi kilid qaykasına zərər vurma, hətta qırılma riski yarada biləcəyi qeyd olunub. Bu cür nasazlıq təkər dayaqlarının zəifləməsinə, yüksək sürətdə təkərin sıradan çıxmasına və qəza təhlükəsinə səbəb ola bilər.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər