17 C
Baku
Sunday, May 26, 2024

“Porsche” 75.1 mlrd. dollara qədər qiymətləndirmə ilə IPO keçirəcək

“Volkswagen” lüks idman avtomobil istehsalçısı “Porsche”nin 70.1 milyard dollar (70 milyard avro) ilə 75.1 milyard dollar (75 milyard avro) arasında dəyişən qiymətləndirmə ilə IPO keçirməyi planlaşdırır.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Qiymət aralığının yuxarı həddi Almaniya tarixində ikinci, Avropa tarixində isə üçüncü ən böyük göstərici ola bilər.

Bildirilir ki, “Porsche” Frankfurt birjasına çıxacaq, ticarət sentyabrın 29-da başlayacaq. Listinq çərçivəsində şirkətin 911 milyon səhmi 455.5 milyon imtiyazlı və 455.5 milyon adi səhmə bölünəcək.

“Volkswagen” 2022-ci ilin fevral ayında avtomobil istehsalçısı “Porsche” üçün IPO keçirməyi planlaşdırdığını açıqlayıb. Beləliklə, şirkət “Tesla” ilə rəqabət aparmaq üçün korporativ strukturu sadələşdirməyə qərar verib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər