Almaniyanın “Porsche” şirkəti “Bugatti” brendinin sahibi olan “Bugatti Rimac” şirkətindəki 45% payını və “Rimac Group”dakı 20,6% iştirakını satdığını elan edib. Alıcı ABŞ investisiya şirkəti “HOF Capital”ın rəhbərlik etdiyi konsorsiumdur. Müqavilənin maliyyə detalları açıqlanmayıb.
“Bugatti Rimac” 2021-ci ildə “Porsche” ilə Xorvatiyanın elektrik hiperkarları və komponentləri istehsal edən “Rimac Group” arasında birgə müəssisə kimi yaradılıb.
“Porsche”nin bu biznesdən çıxışı yeni baş direktor “Michael Leiters” tərəfindən aparılan restrukturizasiya ilə bağlıdır. Şirkətin açıqlamasında bildirilir ki, bu addım “əsas biznesə fokuslanmağa” imkan verəcək.
Bundan əvvəl məlum olmuşdu ki, lüks elektrik avtomobillərinə, o cümlədən “Porsche” “Taycan” modelinə tələbatın zəifləməsi fonunda “Porsche” bu sahə üzrə planlarını yenidən nəzərdən keçirir və benzinli, eləcə də hibrid avtomobillərin istehsalına investisiyaları artırmağı planlaşdırır.






