Porsche dizel mühərrikindən imtina edir

0

Porsche-nin baş icraçı direktoru Oliver Blum şirkətin dizel mühərrikli avtomobil istehsalını dayandırılıcağını elan etdi. Banker.az bildiri ki, bu barədə “Bild am Sonntag” qəzetinə müsahibəsində deyib.

«Gələcəkdə Porsche-nin dizel yanacağı olmayacaq.Biz özümüz hec vaxt  dizel mühərrikləri ixtira etmədik. Dizel böhranı bizə bir çox problem yaratdı»- Oliver Blum qeyd etdi.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Blum şirkətin benzin mühərrikləriynən,hibridlərnən işlədiyini, 2019-cu ildən isə elektrikli avtomobillərin istehsalında fikrini cəmlədiyini bildirdi.

2014-cü ildən ABŞ səlahiyyətliləri Volkswagen ilə bağlı araşdırmalar aparırdılar. 2015-ci ilin sentyabr ayında ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi bu marka dizel mühərriklərin  zərərli maddələrin emissiyasının səviyyəsini yoxlamağa imkan vermədiyi açıqladı. ABŞ rəsmiləri şirkətə təxminən 500 min Volkswagen və Audi avtomobillərini yığışdırmağı əmr etdi. Skandal Porsche avtomobillərinə də təsir etdi. Audi ilə əlaqədar olaraq, Münhen Respublika Prokurorluğu araşdırma aparır.

2017-ci ilin İyulun sonunda Almaniyanın Nəqliyyat Naziri  Aleksandr Dobrindt qanunsuz proqramın zərərli tullantıların gizlətdiyini, Porsche AG avtomobillərində(Volkswagen Group hissəsi) aşkar edildiyini bildirib. Nəqliyyat Nazirliyi Sayenne modelli maşınların yığışdırılmağını əmr etdi,həmçinin sertifikatlaşdırmanıda ləğv etdi.