18 C
Baku
Tuesday, May 28, 2024

“Porsche” dünyanın ən sürətli krossoverini təqdim edib – Foto

Almaniyanın “Porsche” şirkəti dünyanın ən sürətli krossoveri olan “Cayenne Turbo GT” avtomobilini təqdim edib.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, model 640 at gücündə olan dörd litrlik benzin mühərrik və səkkiz pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilib.

porsche cayenne turbo gt4

“Porsche Cayenne Turbo GT” modelinin maksimum sürəti 300 km/s təşkil edir. Avtomobil 100 km/s qədər 3.3 saniyəyə sürətlənir. Şirkətdən verilən məlumata görə, bu onu dünyanın ən sürətli krossoverinə çevirir.

porsche cayenne turbo gt2

Xatırladaq ki, daha əvvəl “Porsche” yeni “911 GT3” superkarını təqdim edib. Avtomobil 510 at gücündə olan dörd litrlik benzin mühərriklə təchiz edilib. Modelin maksimum sürəti 320 km/s təşkil edir.

porsche cayenne turbo gt6 porsche cayenne turbo gt7

Son xəbərlər
 ⁠
Digər xəbərlər