26 C
Baku
Sunday, April 28, 2024

“Porsche” emblemini yeniləyib

Alman avtomobil istehsalçısı “Porsche” 75 illik yubileyi münasibətilə brend öz tarixində altıncı dəfə loqonu dəyişdirmək qərarına gəlib – 1952-ci ildə meydana çıxan emblem daha əvvəl yalnız 1954, 1963, 1973, 1994, 2008-ci illərdə dəyişib. Loqonun yeni versiyası üzərində iş son üç ildir ki, davam edir.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Emblem Vürtemberq bölgəsinin və Ştutqart şəhərinin gerblərini özündə saxlayıb, lakin bəzi elementlər dəyişib. Həmçinin loqonun ortasına Ştutqartın adı qayıdıb və onun yazılması üçün yeni şriftdən istifadə edilib.

“Porsche” istehsalı olan avtomobillər 2023-cü ilin sonuna qədər yeni emblem alacaqlar. İyunun 8-də brendin 75 illik yubileyinin qeyd olunması çərçivəsində loqonun rəsmi təqdimatı baş tutacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər