9 C
Baku
Thursday, December 12, 2024

“Porsche” ikinci elektromobilini – yenilənmiş “Macan” krossoverini təqdim edib – Fotolar

“Porsche” şirkəti ən çox satılan avtomobillərindən biri olan “Macan” krossoverinin yenilənmiş versiyasını təqdim edib, “The Verge” yazır. Avtomobil tamamilə elektrikdir. Bu, avtomobil istehsalçısının 2019-cu ildə nümayiş etdirdiyi “Taycan”dan sonra ikinci elektrik modeldir.

download 2

download 3

Elektrokar “Audi” ilə birlikdə tərtib edilmiş “Premium Platform Electric” platforması üzərində qurulub. Avtomobilin iki versiyası olacaq: qiyməti 78.8 min dollardan başlayan “Macan 4” və 106.9 min dollara olan “Macan Turbo”. Hər iki modeli artıq öncədən sifariş etmək mümkündür.

download 4

Salonda üç displey yer alır – bir 12.6 düymlük və iki 10.9 düymlük. Kiçik ekranlardan biri sərnişin üçün nəzərdə tutulub.

download 5

download 6

download 7

download 8

“Macan 4” 4.9 saniyəyə 60 mil/saata (təxminən 96 km/saat) qədər sürətlənir və maksimal sürəti 96 mil/saat (218 km/saat) təşkil edir. Modelin gediş məsafəsi 380 mil və ya 611 km-dir. “Macan Turbo” 3.1 saniyəyə 100 mil/saata qədər sürətlənir, maksimal sürəti 161 mil/saat  (259 km/saat) təşkil edir, gediş məsafəsi 367 mil və ya 590 km-dir.

Elektrikli avtomobil 100 kVt-a qədər tutumu olan akkumulyatorla təchiz edilib və 270 kVt-a qədər doldurma gücünü dəstəkləyir. Onunla 10%-dən 80%-ə qədər doldurulma müddəti 21 dəqiqə çəkir, istehsalçı əmin edir.

Son xəbərlər
Digər xəbərlər