Alman avtomobil istehsalçısının bildirdiyinə görə, “Porsche” Rusiyaya avtomobil tədarükünü dayandırıb.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“Mövcud vəziyyətlə əlaqədar “Porsche” Rusiyaya avtomobil tədarükünü dayandırır. Şirkətin bu qərarı böyük qeyri-müəyyənlik və davam edən təlatümlə xarakterizə olunan şəraitə əsaslanır”, – mesajda bildirilib.
Xatırladaq ki, fevralın 24-ü Ukraynada başlayan hərbi əməliyyata cavab olaraq Qərb dövlətləri Rusiyaya sanksiyalar tətbiq edib. Sanksiyalar çərçivəsində bir sıra şirkətləri, o cümlədən “General Motors”, “Volvo”, “Mitsubishi”, “Harley-Davidson”, “Ford”, “BMW”, “Jaguar Land Rover”, “Volkswagen”, “Skoda”, “Mercedes-Benz “və s. Rusiyaya tədarükü dayandırıb.