28 C
Baku
Saturday, July 27, 2024

“Porsche” “Tesla”ya rəqib göstərdi – İLK DƏFƏ

“Porsche” tamamilə elektrik mühərrikli ilk avtomobili olan “Taycan”ı təqdim edib.

“Bloomberg” nəşri yazır ki, şirkət əmindir ki, yeni model “Tesla”ya rəqib olacaq.

Sedan iki elektromotorla komplektləşdirilib və iki top modifikasiyada təqdim edilib- Turbo və Turbo S. Sonuncunun mühərikkinin gücü 761 at gücündədir və sürətini saatda 100 kilometrə qədər inkişaf etdirir və elektromotor 2,8 saniyədə sürətini artıra bilir. Yeni “Porsche” avtomobilini Rusiya üzrə sifariş etmək olar, onun minimum qiyməti isə 10,6 milyon rubla başa gələcək.

Turbo versiyasının mühərriklərinin ümumi gücü 680 at gücü təşkil edir. Hər iki modifikasiyanın maksimal sürəti -260 kilometr, gediş ehtiyatı isə 450 kilometrdir.

Sentyabrın 4-də isə elektrik mühərrikli, başqa bir avtomobil də təqdim edilmişdi. Söhbət “Lamborghini Sian”ın hibrid modifikasiyasından gedir. Avtomobil “Aventador”un bazasında yığılıb. Onun mühərrikinin ümumi gücü 800 at gücündədir.

Avtomobil maksimal sürətini saatda 350 kilometrə qədər inkişaf etdirə bilər. Avtomobil 63 nüsxə tirajla buraxılıb, bütün avtomobillər isə premyera nümayişinə qədər alınıb.

Son xəbərlər
Digər xəbərlər