19 C
Baku
Thursday, April 25, 2024

Porsche yeni rekorda imza atır

Porche şirkəti yeni rekorda imza atmaqdadır. Keçən ilin yekunlarına əsasən şirkət avtomobil satışlarını 15% artırmışdır və bu şirkətin həyata keçirdiyi rekord sayda avtomobil satışıdır.

Şirkət nail olduğu bu yüksək göstərici üzərində dayanmaq fikrində deyil və 2014-cü ildə satışları daha da artırmaq niyyətindədir.

Şirkətin icraçı direktoru Matias Miller bildirmişdir ki, Porche şirkətinin əsas ümidləri çin bazarı ilə bağlıdır və şirkət amerikan bazarını üstələyəcək və 2015, yaxud 2016-cı ildə ən nəhəng şirkətə çevriləcək.

Keçən il Çində Porche avtomobillərinin satışı 20% artmış və 37,425 minə çatmışdır. ABŞ-da isə bu artım 21%, yəni 42,323 avtomobilə bərabər idi. Avropa bazarı isə digər bazarlardan daha zəifdir: cəmi 4,4% artım. Şirkət gələn il üçün ətraflı planı mart ayında təqdim etməyi düşünür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.