26 C
Baku
Saturday, July 27, 2024

“Portağalların kralı” adlandırılan braziliyalı milyarder vəfat edib

“Portağalların kralı” kimi tanınan braziliyalı milyarder Xose Luis Kutrale 75 yaşında vəfat edib. Milyarder son illərdə yaşadığı Londonda təbii səbəblərdən dünyasını dəyişib, Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

“Forbes Real-Time” jurnalının məlumatına görə, ölən zaman braziliyalı iş adamının sərvəti 1.9 milyard dollar qiymətləndirilib. “Portağalların kralı” ən zəngin braziliyalılar siyahısında 25-ci yerdə qərarlaşıb.

İtalyan əsilli braziliyalı Kutrale 1946-cı ildə San-Pauluda anadan olub və yeniyetmə ikən atası ilə yerli bazarda işləməyə başlayıb. Daha sonra ailə portağal yetişdirməyə başlayıb və 1967-ci ildə ən böyük zavodlarından birinə çevrilən “Cutrale” şirkətini qurub.

Hazırda “Cutrale” yeddi bölmədən ibarətdir (şirkət 1990-cı illərin ortalarında Floridadakı zavodlardan birini “Coca-Cola”dan alıb). Məhsul yığımı zamanı şirkətdə 18 minə yaxın insan çalışır.

2004-cü ildə Xose Luis Kutrale şirkəti atasından miras alıb və ailə biznesini logistika və maliyyə, daşınmaz əmlak və tibbi xidmətlər, taxıl və banan sahələrində şaxələndirib. 2015-ci ildə braziliyalı milyarder Cozef Safra (2020-ci ildə vəfat edib) ilə birlikdə banan istehsalçısı “Chiquita Brands International”ı 1.3 milyard dollara alıb. 2020-ci ildə indi “Chiquita Holdings” adlanan qrup 3.1 milyard dollar gəlir əldə edib.

“American Forbes” xatırladır ki, 1998-ci ildə Braziliyanın “Cade” antiinhisar agentliyi altı şirə istehsalçısını, o cümlədən Kutraleni meyvə istehsalçılarına ödənilən qiymətləri azaltmaq üçün sui-qəsddə ittiham edib.

2021-ci ilin noyabrında 1500 braziliyalı portağal yetişdiricisini təmsil edən Britaniya hüquq firması “PGMBM” milyarder və onun oğlu Xose Luis Kutraleniyə qarşı iddia qaldırıb. Kurtalenin sözçüsü iddianı “Braziliyada artıq dinlənilmiş iddiaları diriltmək üçün mürəkkəb, yaxşı maliyyələşdirilmiş, lakin nəticəsiz cəhd” adlandırıb.

Son xəbərlər
Digər xəbərlər