9 C
Baku
Sunday, December 22, 2024

Portfel investisiyasında əsas qaydalar

Portfel investisiyalar – risklərinizi minimuma endirən təhlükəsiz investisiyalardan biridir. Eyni zamanda onlar yüksək gəlirlər vəd etmir və daha çox vəsaitlərin qorunmasına uyğun gəlir. Qısası, bu qaydalardan kənara çıxmalar da mümkündür. 

Portfel investisiyalar özündə qiymətli kağızları, həmçinin bir neçə şirkətin səhmlərini təcəssüm etdirir. Bu halda açar söz “bir neçə”-dir. Məsələ ondadır ki, gümanlara görə bir neçə şirkətin dəyərləri endiyi anda, digərlərinin dəyəri artır, digərlərinki isə dəyişməz qalır. Beləliklə, hər iki tərəfdən itki ilə üzləşmək riskləri minimuma enir.

İlk baxışdan bu pulların qorunması üçün ideal sxemə bənzəyə bilər. Lakin hər şey elə də sadə deyil. Bəzi hallar mövcuddur. Məsələn, maliyyə böhranı. Bu zaman bütün şirkətlərin  dəyəri eyni anda enir. Bu halda istənilən portfel investisiyası sizin üçün əlavə yükə çevriləcək. Risklərinizi azaltmaq üçün bir neçə qaydalar mövcuddur.

Yalnız etibarlı şirkətlərə arxalanın. Əgər pullarınızı səhmlər formasında saxlamaq istəyirsinizsə, pullarınızı etibarlı şirkətlərə yatırın. Şirkətlərin bazardakı əsas fəaliyyətini izləyin. Etibarlı şirkətlər uzun illərdir ki, bu bazarda mövcuddurlar. Bundan əlavə şirkəti inkişafda olan və böhrandan uzaq olan sahədən seçməyə çalışın.

Rəqiblərinizi satın alın. Bazarda iki rəqib şirkət olarsa, bir şirkətin səhmlərinin dəyəri artdığı halda, digər şirkətin səhmlərinin dəyəri enəcək. Bu mütləq bir hal olmasa da, əksər hallarda vəziyyət məhz bu cür olur. Əgər bazarda iki rəqib şirkət varsa hər ikisinin səhmini alın.

Hadisələrdən xəbərdar olun. Portfel investisiyalar yalnız bir dəfə səhm almaq və onları qorumaq üçün banka yatırmaq hələ son deyil. Bazarda baş verənlərdən xəbərdar olmaq, yeni xəbərləri izləmək lazımdır. Düzdür, burada spekulyantlar kimi hazır vəziyyətdə gözləmək və tələsik hər şeyi satmaq lazım deyil. Lakin heç bir şey etmədən də dayanmaq lazım deyil.

Son xəbərlər
Digər xəbərlər