Azərbaycan Portuqaliyaya xam neft ixracını bu il kəskin artırmaqla ölkələr arasında indiyəqədərki maksimum ticarətə nail olublar.
Banker.az xəbər verir ki, 2024-cü ilin ilk 10 ayında Pireney yarmadasındakı bu ölkəyə 1 milyon ton həcmində xam neft ixrac edib.
İxrac edilmiş xam neftin dəyəri 631.2 milyon dollar olub.
Beləliklə, həcm 174 faiz, dəyər isə 160 faiz artıb.
Dövlət Gömrük Komitəsinə istinadla məlumata görə, keçən ilin ilk 10 ayında 242.6 ton xam nefti $366.71 mln. dollarlıq xam neft ixrac edilmişdi.
2023-cü ilin ilk 10 ayında bir tonu 662 dollara satıldığı halda, bu il bir tonu 628 dollara satılıb.
Bu da hər tonda bu il 34 dollar və ya 5% ucuz olması deməkdir.
Portuqaliya 2023-cü ildə 9 mlrd. 423.6 min tonluq xam neft idxal etmişdi. Bunun 4,193 min tonu Braziliyanın, 1 milyon 351.8 Əlcəzairin, 1 milyon 207.8 min tonu Nigeriyanın və 631.3 min tonu Azərbaycanın payına düşmüşdü.