9 C
Baku
Thursday, December 12, 2024

Portuqaliya dördgünlük iş həftəsini sınaqdan keçirməyə başlayıb

Portuqaliyada rəsmi olaraq dörgünlük iş həftəsinin sınağına başlanılıb, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir. Ümumilikdə, təcrübədə 39 özəl şirkət iştirak edir, onlardan 27-si 5 iyun 2023-cü ildən dördgünlük iş həftəsi tətbiq edir. Şirkətlər tədqiqat mərkəzi, pərakəndə satış, istehsal və s. sahələrdə fəaliyyət göstərir.

Layihənin məqsədi “dördgünlüyün” işçilərin fiziki və psixi sağlamlığına, eləcə də şirkətin fəaliyyətinə təsirini qiymətləndirməkdir.
Təcrübə müddətində həftəlik iş saatlarının sayı azalacaq və işçilərin “100% məhsuldarlıq” göstərəcəyi vədi ilə maaşlar eyni qalacaq. Bu halda şirkətlər istənilən vaxt layihəni tamamlaya biləcəklər.

Qeyd edək ki, bu, ilk belə təcrübə deyil. 2022-ci ildə dörgünlük iş həftəsi Böyük Britaniyada tətbiq edilib, harada ki 3000-ə yaxın işçi iştirak edib. Altı ay sonra şirkətlər stresin azaldığını və işdən çıxarılanların daha az olduğunu qeydə alıb.

Son xəbərlər
Digər xəbərlər