10 C
Baku
Wednesday, December 11, 2024

Portuqaliya hökuməti istefaya göndərilib

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza hökuməti istefaya göndərib.

Bununla bağlı imzalanmış sərəncam Prezidentin rəsmi saytında dərc edilib.

Bildirilib ki, qərar, Baş nazir Antonio Kostanın korrupsiya qalmaqalına görə istefası fonunda verilib.

Portuqaliya konstitusiyasına görə, yeni hökumət formalaşana qədər hazırkı Nazirlər Kabineti fəaliyyətini davam etdirəcək, lakin vəzifələri məhdudlaşdırılacaq.

Xatırladaq ki, Portuqaliyanın sabiq Baş naziri Antonio Kosta noyabrın 7-də korrupsiya araşdırması ilə bağlı istefa verib.

Portuqaliya polisi hökumətin keçmiş rəhbərinin iqamətgahında və iki nazirlik binası da daxil olmaqla ümumilikdə 40-dan çox axtarış əməliyyatı həyata keçirib və bir neçə nəfər həbs edilib.

Aparılan araşdırmalar çərçivəsində Baş nazir administrasiyasının rəhbəri Vitor Eşkariya da saxlanılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər