8 C
Baku
Sunday, November 17, 2024

Portuqaliya Prezidenti hökumət başçısının istefasını qəbul edib

Portuqaliya Prezidenti Marselu Rebelu ölkənin Baş naziri Antoniu Koştanın isefasını qəbul edib.

“İstefam president tərəfindən qəbul edildi”, – A.Koşta deyib.

Yerli KİV Baş nazirin korrupsiya araşdırması fonunda evində axtarış aparılması, silahdaşlarının həbs edilməsindən sonra istefa vermək qərarına gəldiyini yazıb.

İstintaq çərçivəsində müstəntiqlərin diqqətini Portuqaliyanın şimalında litium kəşfiyyatı və Sineşdə yaşıl hidrogen meqalayihəsi cəlb edilib. Müstəntiqlər A.Koşta administrasiyasının rəhbəri Vitor Eskariyanı, baş nazirin məsləhətçisi Laserda Maçadonu və Sineş şəhərinin meri Nunu Maskarenyaşı dindiriblər.

Son xəbərlər
Digər xəbərlər