8 C
Baku
Thursday, November 7, 2024

Portuqaliya Prezidenti koronavirusa yoluxdu

Portuqaliya Prezidenti Marselo Rebelo de Souzada COVID-19 aşkarlanıb.

Bu barədə dövlət başçısının saytı məlumat yayıb.

Qeyd edilir ki, dövlət başçısının dünən verdiyi tesin nəticəsi mənfi olub. Lakin növbəti testinin nəticəsi müsbət çıxıb. Lakin Marselo Rebelo de Souzada xəstəliyin əlamətləri müşahidə edilmir.

Təhlükəli virusa yoluxma ilə əlaqədar Marselo Rebelo de Souzanın iştirakı ilə yaxın günlərdə keçirilməsi planlaşdırılan bütün tədbirlər ləğv olunub.

Yanvarın 24-də Portuqaliyada növbəti prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Bu yaxınlarda 72 yaşı tamam olmuş Marselo Rebelo de Souza yenidən seçkilərdə iştirak etməyə hazırlaşır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər