Portuqaliya prezidenti Marselo Rebelo de Sousa baş nazir Antonio Kostanın istefasını elan etdikdən sonra parlamenti buraxmaq barədə qərar verib.
Digər qərarla 2024-cü il martın 10-na növbədənkənar seçkilər təyin edilib.
Mən Respublika Məclisinin buraxılmasının və seçkilərin 2024-cü il martın 10-na təyin edilməsinin tərəfdarıyam”, – EFE agentliyi dövlət başçısının sözlərindən sitat gətirib.
Qeyd edək ki, 2015-ci ildə baş nazir postunu tutan Kostan noyabrın 7-də korrupsiya qalmaqalı fonunda istefa verib.