Portuqaliya hökuməti “qızıl vizalar”ın verilməsini dayandırdığını açıqlayıb. Bu vizalar daşınmaz əmlaka və ya ölkə iqtisadiyyatına sərmayə qoyuluşu müqabilində verilir və müddəti bitikdə Portuqaliya vətəndaşlığını almağa imkan verir.
2012-ci ilin oktyabrından 2023-cü ilin yanvarına qədər Portuqaliya “qızıl vizalar” proqramı çərçivəsində 11.6 mindən çox yaşayış icazəsi verib. Bunun sayəsində ölkəyə 6 milyard avrodan çox investisiya cəlb etmək mümkün olub. Vizaların əksəriyyəti Çin (5258), Braziliya (1178) və ABŞ (558) vətəndaşlarına verilib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Yanvar ayında “Bloomberg” agentliyi Portuqaliyada evlərin qiymətində rekord artıma əcnəbilərin səbəb olduğunu yazmışdı. 2022-ci ildə ölkədə əmlak qiymətləri 18.7% artıb ki, bu da son 30 ildən çox müddətdə ən yüksək illik artımdır.