18 C
Baku
Sunday, September 8, 2024

Portuqaliya Ukraynaya əlavə olaraq 95 mln. avro ayıracaq

Portuqaliya 2024-cü ildə Ukraynaya 95 milyon avro məbləğində əlavə yardım ayırmaq niyyətindədir.

Portuqaliyanın Baş naziri Luis Monteneqro bu barədə NATO-nun Vaşinqtonda keçirilən sammiti zamanı jurnalistlərə deyib.

“Portuqaliya Ukraynanı qeyd-şərtsiz dəstəkləyir. Biz bu il ayırdığımız 126 milyon avroya daha 95 milyon avro əlavə edəcəyik”, – deyə o, RTP telekanalına bildirib.

Qeyd edək ki, mayın 28-də Ukrayna və Portuqaliya 2024-cü ildə Lissabonun Kiyevə ilkin olaraq 126 milyon avro hərbi yardım ayırmasını nəzərdə tutan təhlükəsizlik sazişi imzalayıb. Portuqaliya, həmçinin F-16 qırıcılarının göndərilməsi üzrə beynəlxalq koalisiyada və dəniz koalisiyasında iştirakını təsdiqləyib.

Baş nazir Portuqaliyanın Ukraynaya yardımının bu il təxminən 220 milyon avroya çatacağını və 2025-ci ildə də eyni həcmdə yardım göstəriləcəyini qeyd edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər