4 C
Baku
Monday, December 5, 2022

Portuqaliya Ukraynaya Rusiya istehsalı olan helikopterlər verəcək

Portuqaliya hökuməti Ukraynaya “Kamov” konstruktor bürosu tərəfindən hazırlanmış altı yanğınsöndürmə helikopteri göndərmək qərarına gəlib.

Bu barədə Portuqaliyanın müdafiə naziri Yelena Karreyras bildirib.

“Ukraynanın xahişi və Daxili İşlər Nazirliyi (Portuqaliyanın – red) ilə birlikdə hazırkı ssenariyə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə artıq istismar edə bilməyəcəyimiz “Kamov” helikopter parkımızı Ukraynanın sərəncamına verəcəyik, əslində onların uçuşa yararlılıq sertifikatları yoxdur və biz hətta onları təmir edə bilmirik”, – “Diario de notisiaş” qəzeti nazirlik rəhbərinin sözlərindən sitat gətirib.

Nazir əlavə edib ki, 6 helikopterin təmirə ehtiyacı var, onlardan biri yararsızdır. Eyni zamanda o, əmin edib ki, Ukrayna tərəfi hava maşınlarının hansı vəziyyətdə olduğunu bilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X