21 C
Baku
Thursday, April 25, 2024

Portuqaliyada dördgünlük iş həftəsi tətbiq olunub

Portuqaliyada dördgünlük iş həftəsini sınaqdan keçirilir. Bildirilir ki, eksperiment həm dövlət şirkətləri arasında, həm də özəl biznesdə aparılacaq. 2023-cü ili yanvar ayına kimi eksperimentdə iştirakda maraqlı olan özəl şirkətlər hökumətə müraciət edəcəklər. Layihənin özü 2023-cü ilin yayından həyata keçiriləcək.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Eksperimentin şəffaf olması üçün hökumət layihədə iştirak edəcək təşkilatlara maliyyə ayırmayacaq. Şəxsi biznes sahəsində dördgünlük iş həftəsinin sınağı altı ay davam edəcək. Sınağın ikinci mərhələsi 2024-cü ildə dövlət sektorunda başlayacaq.

Daha əvvəl psixoloq iş yerində tükənmişliyin əlamətlərini açıqlayıb. O bildirib ki, işi insanlarla daimi ünsiyyətlə bağlı olan işçilər tez-tez tükənir. Mütəxəssisin fikrincə, tükənmişliyi müəyyən etməyə imkan verən bir sıra əlamətlər var.

Mütəxəssis xatırladıb ki, kanadalı patoloq Hans Selye emosional tükənmənin üç mərhələsini ayırır. Birinci mərhələdə insan gərginlik və gördüyü işdən məmnun olmamaq hissini yaşayır. İkinci və üçüncü mərhələlər müvafiq olaraq motivasiyanın bitməsi  və emosional uzaqlaşma ilə xarakterizə olunur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər