12 C
Baku
Monday, January 5, 2026

Portuqaliyada Türkiyənin Aİ-nin sənaye strategiyasına daxil edilməsi müzakirə olunacaq

Türkiyənin xarici işlər naziri Hakan Fidanın dekabrın 5-də Portuqaliyaya planlaşdırılan səfəri zamanı yüksək səviyyəli görüşlər keçirəcəyi, əsas müzakirə mövzusunun isə ölkənin Avropa İttifaqının (Aİ) sənaye strategiyasına daxil edilməsi olacağı gözlənilir.

Bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində H. Fidan portuqaliyalı həmkarı Paulo Rangeldə daxil olmaqla, bir sıra görüşlər keçirəcək. Görüşlərdə iki ölkə arasında sənayə sahəsində, xüsusilə dənizçiliklə bağlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Həmçinin H. Fidanın Türkiyə-Aİ münasibətlərini də müzakirə edəcəyi qeyd olunub:

“Fidanın Türkiyənin Aİ-nin sənaye strategiyasına, qurumun rəhbərliyindəki təhlükəsizlik və müdafiə layihə və proqramlarına daxil edilməsinin daşıdığı kritik önəmin vurğulaması gözlənilir”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər