Demokratik Alyansın namizədi Luis Monteneqro Portuqaliyanın baş naziri vəzifəsinə təyin edilib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Prezident aparatının mətbuat xidməti rəsmi saytında məlumat vermişdi ki, Portuqaliya prezidenti Marselo Rebelo de Sousa martın 12-dən 20-dək yeni hökumətin formalaşdırılması ilə bağlı siyasi partiyalar və koalisiyalarla məsləhətləşmələr aparacaq.
“Respublika Prezidenti martın 10-da parlamentə keçirilən seçkilərdə iştirak edərək deputat mandatı almış partiya və partiyaların koalisiyalarını dinlədiyindən, Demokratik Alyans isə mandat və səslərə görə seçkilərdə qalib gəldiyindən, Respublika Prezidenti Luis Monteneqrunu Baş nazir təyin etmək qərarına gəlib”, – dövlət başçısının mətbuat xidmətinin bəyanatında deyilir.
Martın 10-da Portuqaliyada parlament seçkiləri keçirilib. Ölkənin mərkəzi seçki komissiyasının məlumatına görə, sağ mərkəzçi Demokratik Alyans parlamentdə 80 yer, Sosialist Partiyası isə 78 yer qazanıb.
2022-ci ilin yanvarında sol mərkəzçi Sosialist Partiyasından seçilən Baş nazir Antonio Kostanın istefasından sonra seçkilər 2023-cü ilin noyabrına təyin edilmişdi.