8 C
Baku
Friday, January 10, 2025

Portuqaliyanın müasir maliyyə sistemi

Banklar maliyyə sistemindəki rəqabətlərin əhəmiyyətli dərəcədə pisləşməsi kimi yeni şərtlərə öyrəşməli olacaqlar: 90-cı illərin əvvəllərində indi bazarın təxminən 20%-ni təşkil edən yeni qeyri-bank maliyyə şirkətləri meydana gəlmişdi. Kredit sahəsi isə xarici banklar üçün açılmışdı. Bu kadrların hazırlanmasına və elektron sistemlərinin tətbiqinə əlavə xərclər tələb edən müasirləşməyə və məhsulların keyfiyyətinə, xidmətlərə böyük təkan verdi.

Bankların müştərilər uğrunda mübarizəsində əsas arqument yüksək keyfiyyətli xidmətin göstərilməsi idi. Portuqaliya həmçinin maqnit kartların geniş yayılma səviyyəsinə və universal istifadəsinə görə də məşhurdur. 1990-1995-ci illərdə bankomatların və elektron terminalların sayı 3000-dən 45000-ə çatmışdı. Əməliyyatların sayı isə ildə 49-dan 195 milyona çatmışdı və bu da Avropa ortalaması səviyyəsini keçmişdi.

Hələ 80-ci illərin əvvələrində böyük banklar ümumi kart sistemi yaratmışdılar. İndi portuqaliyalıların demək olar ki, yarısı Multibankın ödəmə kartına sahibdirlər və bu kartların köməyi ilə yalnızca günün istənilən vaxtı nağd pul əldə etmək imkanından əlavə, həm də bankomatlar vasitəsilə depozit hesabları açmaq, kommunal xidmət borclarını ödəmək, supermarketlərdən alış-veriş etmək və yaxud telefonla zəng etmək mümkündür.

Əmək məhsuldarlığının artması ilə əlaqədar 1990-1996-cı illərdə filialların sayını 1991-dən 3729-a çatdırmaq mümkün oldu. 1995-ci ildə 46 Portuqaliya bankında 58892 əməkdaş işləyirdi.

1992-1995-ci illərdə fiziki şəxslərə verilən kredit payı 27 faizdən 40 faizə qədər artmışdı. 1995-ci ildə ötən illə müqayisədə bankın xalis gəliri 7,5%-dən 157 milyard eskudoya (eskudo – Portuqaliyanın o dövrdə pul vahidi) qədər yüksəldi və kredit həcmi isə 11,3%-dən 10691 milyard eskudoya çatdı. Qeyri-işlək kreditlərin həcmi isə yalnız 1995-ci ildə azalmağa başladı.

Beləliklə, Portuqaliyanın bank sektorunu gənc və tez inkişaf edən bir sistem kimi xarakterizə etmək olar. Onun idarəsi səmərəli həyata keçirilir və gəlirlilik kifayət qədər yüksək və stabildir. Banklar geniş şəkildə müasir texnologiyalardan istifadə edirlər və bank xidmətlərində müştərilərin əhatə dairəsi sürətlə inkişaf edir. Bütün bunların hamısı Portuqaliya maliyyə sisteminin daha da inkişaf edəcəyinə əminlik yaradır.

Son xəbərlər
Digər xəbərlər