21 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

Portuqaliyanın sabiq prezidenti vəfat edib

Screen Shot 2021 09 02 at 14.34.20

Portuqaliyanın sabiq prezidenti Jorje Sampayyu 82-ci yaşında vəfat edib.

Bu barədə  TASS agentliyinə istinadən xəbər verilir.

Sabiq ölkə başçısı 2 həftə əvvəl respirator xəstəlik səbəbindən yerləşdirildiyi Lissabondakı xəstəxanada dünyasını dəyişib. J.Sampayyunun ürək-damar xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.

Xatırladaq ki, o, 1996-cı ildən 2006-cı ilədək Portuqaliya prezidenti vəzifəsini tutub. Demokratiyanın möhkəmləndirilməsi və insan hüquqlarının qorunması sahəsində fəaliyyətinə görə Jorje Sampayyu 2015-ci ildə BMT-nin Nelson Mandela adına mükafatına layiq görülüb.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər