Yanvar-sentyabr aylarında Azərbaycanda dövrüyyədə olan POS-terminalların sayı 57 min 40 ədəd təşkil edib.
Banker.az Mərkəzi Bankın aylıq hesabatına istinadən xəbər verir ki, POS-terminalların 37 min 306 ədədi Bakıda, 19 min 734 ədəd isə regionlarda fəaliyyət göstərir.
Hesabat dövründə POS-terminalların sayında 7 min 735 ədəd azalma müşahidə olunub.Belə ki, ötən ilin eyni dövründə Azərbaycanda 64 min 775 ədəd POS-terminal mövcud olub.
Qeyd edək ki, ölkədə POS-terminalların sayında azalmasına səbəb 4 bankın lisenziyasının ləğv edilməsi ilə bağlıdır.