Hazırda ölkədə bir ATM -ə düşən əhalinin sayı 3.8 min nəfər, bir POS terminala düşən əhalinin sayı isə 0.2 min nəfər təşkil edib.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 1 000 ödəniş kartına düşən əməliyyatların orta aylıq sayı 16% artaraq, 1 111.7, həcmi isə 23% artaraq, 165 596.3 manata çatıb.
Bir POS terminala düşən əməliyyatların orta aylıq sayı 17.4, həcmi isə 1 867.0 manat təşkil edib.
POS terminal üzrə bir əməliyyatın orta aylıq həcmi isə 107.2 manat təşkil edib ki, bu da ötən ay ilə müqayisədə 6% azdır.
Comments are closed.