11 C
Baku
Sunday, November 17, 2024

POS-terminallar üzü scan edə biləcək

Britaniyanın Worldpay prosessinq şirkətinin ixtirası uğurla başa çatsa kassalarda ödəniş kartları ilə fırıldaqçılıq halları minimuma endiriləcək. 

Worldpay tərəfindən yaradılan “PED Cam” PIN-kodu daxil edərkən istifadəçinin üzünün şəklinin çəkmək üçün standart POS-terminala yerləşdirilmiş frontal kameradan istifadə edəcək.

Texnologiya alıcının ödəniş kartı ilə əlaqəli olan unikal biometrik şablon yaratmaq imkanı verir. Bu məlumatlar isə Worldpay-in mərkəzi məlumat bazasında saxlanılır.

Hər alış-veriş zamanı cihaz alıcının üzünün şəklini çəkərək məlumat bazasında artıq olan şəkillər müqayisə edəcək. Alıcının şəkilləri arasında uyğunsuzluq yarandığı halda isə sistem bu haqda satıcıya məlumat verəcək.

Hazırda Worldpay istehlakçıların kameraya olan reaksiyasını sınaqdan keçirir.

Son xəbərlər
Digər xəbərlər