Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə” qərarlarda etdiyi dəyişikliyi şərh edib.
Nazirlər Kabinetindən verilən xəbərə görə, qərar ilə nağdsız ödənişlərin qəbulunda lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihazların da POS-terminal kimi istifadəsi üçün hüquqi əsas yaradılmış, POS-terminalların qeydiyyatı ilə bağlı bir sıra proseslər sadələşdirilib.