Bir çox insan üçün maraqlı görünməyə bilər, amma palma yağı Azərbaycanın hazırda idxal etdiyi ən böyük yağlar siyahısındadır. Ölkədə istehlak səbətində mövqe qazanan palma yağının bahalaşması artıq Azərbaycanın bu yağla bağlı xərclərini artırıb.
Banker.az-ın rəsmi mənbələrə istinadən əldə etdiyi məlumata görə, Azərbaycanın artıq fevralda aldığı xam palma yağınının xaricdən hər tonu üzrə orta qiyməti 1 656 ABŞ dolları təşkil edib. Yanvarda isə hər ton üzrə orta qiymətin $1 464 olduğunu nəzərə alsaq, bu da öncəki ayla müqayisədə 13.1% qiymət artımıdır. İllik müqayisədə isə Azərbaycanın bu yağlarının hər tonu üzrə xərci isə 42% artıb.
Hələ bu cəmi 4 gün müharibə olan fevraldakı qiymət artımıdır. Məsələn, həmin tarixdən sonra qlobal birjalarda və eləcə də Malayziya birjasında (Bursa Malaysia Derivatives Exchange ) xam palma yağının qiyməti 8 163 malayziya rinqqitinə (MYR), yaxud $1 928-ə yüksəlib. Hazırda isə hər tonu birjada $1 610-dur.
Pandemiya onsuzda bu yağın qiymətini xeyli bahalaşdırmışdı. Bu yağ pandemiyaya qədər 500 dollar/ton qiymətindən ucuz ticarət olunurdu.
Qiymət artımına səbəb isə Ukrayna-Rusiya müharibəsi göstərilir. Bildirilir ki, duru yağlar qarğıdalı və günəbaxan yağının ən böyük ixrtacatçıları Rusiya və Ukraynadır və bunlar arasındakı müharibə təchizat zəncirini qırma risklərini böyüdür.
Ehtimal edilir ki, Azərbaycanın daxili bazarında palma yağının komponentlərində iştirak etdiyi bir sıra qida məhsullarını bahalaşdıracaq.
Azərbaycan 2022-ci ilin yanvarında 8 771 ton ($12.84 mln.) və fevralda isə 7 455 ton ($12.34 mln.) xam palma yağı idxal edib. Bu da ilk iki ayda 16 226 ton ($25.19 mln.) yağ fraksiyası idxal edilib. İdxal edilmiş xam palma yağının böyük hissəsi 14 413 tonu ($21.75 mln.) İndoneziyadandır.
Malayziyada xam palma yağının bir tonunun qiyməti ( 1 dollar = 4.23 MYR)