16 C
Baku
Tuesday, April 30, 2024

Pozitiv düşünməyin faydası

Afrika krallarından birinin birlikdə böyüdüyü yaxın bir dostu var idi. Onun dostunun belə xasiyyəti var idi ki, nə baş verirsə versin, mənfi ya və müsbət hadisə deyərdi ki, «Bu, yaxşılıdır!»

Bir dəfə kral ova getmişdi. Dostu isə adəti üzrə onun silahlarını təmizləyir və güllələr ilə doldururdu. Görünür ki, o silahlardan birini hazırlayarkən nəyisə düzgün etməyib. Kral silahı dostundan götürüb atəş açanda, balca partlayış olur, onun əlinin baş barmağı qopub düşür. Situasiyanı gözdən keçirən, dostu bir qayda olaraq, özü də istəmədən deyir ki, “Bu, yaxşıdır”. Bu söz kralın acığına səbəb olur və o cavab verir ki, “Xeyr, burda yaxşı heç nə yoxdur”. O, əmr edir ki, dostunu zindana salsınlar.

Hadisənin üstündən bir ilə yaxın vaxt keçir, kral özünü tamam ilə təhlükəsiz hiss etdiyi bir bölgədə ova çıxır. Amma adamyeyənlər qəbiləsi onu əsir götürür və digər adamlar ilə birlikdə öz kəndlərinə gətirir. Kralın əllərini bağlayır, yanında çoxlu odun yığırlar. Bir tir uzadıb, kralı tirə bağlayırlar. Yaxınlaşıb ocağı alışdırmaq istəyəndə, onlardan biri görür ki, kralın baş barmağı yoxdur. Öz inanclarına görə bu qəbilə heç vaxt bədində zədəsi (xəsarəti olan) olan heç nəyi yemirdi. Onlar kralın əlin-qolun açaraq, onu buraxırlar.

Evə qayıdan kralın barmağını itirdiyi günü yadına salır və dostu ilə etdiyi rəftara görə vicdan əzabı hiss edir. O, dərhal zindana gedir ki, dostu ilə söhbət etsin

— Sən haqlı idin, — o deyir, — mənim barmaqsız qalmağım yaxşılığa doğru imiş.

Kral başına gələn bütün hadisəni dostuna danışır.

— Mən çox təəssüf edirəm ki, səni zindana atdırdım, bu mənim tərəfimdən səhv addım və sənə qarşı pis hərəkət idi.

— Xeyr — onun dostu deyir, — bu yaxşı idi!

— Sən nə danışırsan, məgər mənim öz dostumu həbsə saldırmağım yaxşı bir hərəkət idi?

— Əgər Siz məni zindana salmasaydınız, onda adamyeyənlər Sizi tutanda, mən də orda, Sizin yanınızda olardım.

Son xəbərlər
 ⁠
Digər xəbərlər