19 C
Baku
Saturday, May 10, 2025

“Prada” “Versace”ni $1,4 milyarda alıb

İtaliyanın iki ən böyük dəb evi olan “Prada” və “Versace” birləşir. Belə ki, “Versace”nin sahibi “Capri Holdings” “Prada”nı 1,4 milyard dollara aldığını açıqlayıb. Bildirilir ki, sövdələşmənin 2025-ci ilin ikinci yarısında başa çatması gözlənilir.

Qeyd edək ki, “Capri Holdings” həmçinin “Jimmy Choo” və “Michael Kors.” brendlərinə sahibdir. “Versace” onları 2018-ci ildə  2,12 milyard dollara alıb.

2023-cü ildə holdinqin “American Tapesty”yə satılması planlaşdırılırdı, lakin ABŞ Federal Ticarət Palatası bu müqaviləni əngəlləyib. Bundan sonra “Capri” bütün diqqətini “Michael Kors”a yönəltmək və “Jimmy Choo” və “Versace”ni satmaq qərarına gəlib.

Son xəbərlər
Digər xəbərlər