İtalyanın moda evi “Prada” “Versace”nin alıcısı ola bilər. “Financial Times” qəzetinin verdiyi məlumata görə, sövdələşmənin dəyəri təxminən 1.5 milyard avro olacaq.
“FT” mənbələrinin məlumatına görə, “Prada” və “Versace” arasında razılaşma ilə bağlı müzakirələr bir neçə ay əvvəl başlayıb. Bildirilir ki, nəticələr “bir neçə həftə ərzində” açıqlana bilər.
Xatırladaq ki, “Versace” ilə yanaşı “Michael Kors” və “Jimmy Choo”nun sahibi olan “Capri Holding” İtaliyanın moda evi “Prada”nı 2018-ci ildə 1.85 milyard avroya alıb.