“Premier Kredit” bank olmayan kredit təşkilatı 580 min dollar məbləğində istiqrazın emissiyasını planlaşdırır.
Banker.az Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, iyulun 23-də BOKT-nin istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Emissiya nominalı $1 min olan 580 ədəd istiqraza bölünüb.
İstiqrazların kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.