“Premier Kredit BOKT” MMC-nin faiz gəlirləri 2021-ci ildə azalıb.
Bu barədə BOKT-un illik audit hesabatında deyilir.
Hesabata görə, 2021-ci ildə 205 min manat faiz gəliri əldə edib. Bu da 8 faiz azalma dinamikasıdır.
“Premier Kredit BOKT” 176 min manat faiz xərci olmuş və 29 min manat xalis faiz gəliri əldə edib.
Beləliklə, 2021-ci ildə BOKT-un xalis mənfəəti 23 min manat təşkil edib.
BOKT-un 1mln 459 min manat cəmi kapitalı olmuş, bunun da 1 mln 295 min manatı kredit portfeli olmuşdur.
Audit rəyinə əsasən BOKT-un öhdəliklərinin həcmi 1 mln 220 min manat olub.
Xatırladaq ki, “Premier Kredit” 2014-cü ildə yaradılıb. BOKT-un təsisçiləri Şəhla Mehdiyeva (34%), Validə Əzizova (33% və İlahə Baxşəliyevadır (33%).