25 C
Baku
Monday, April 29, 2024

Premium Bank “ənənəvi biznesin”dən əvvəlki kimi gəlir əldə edə bilmir

“Premium Bank” ASC 2023-cü ildə xalis mənfəət əldə etdiyini açıqlasa da, əsas fəaliyyət istiqaməti olan müştəri kreditlərindən gəlirləri öncəki ildən aşağıdır.

Banker.az bankın rüblük hesabatına istinadla xəbər verir ki,  bank 8.03 mln. manat cəmi faiz gəliri əldə edib. Cəmi faiz gəlirləri illik 4.4% artım göstərsə də, müştərilərə verdiyi kreditlər üzrə faiz gəlirləri 10% azalma ilə 6.56 mln. manata düşüb.

Bankın bu istiqamətdə geriləməsi  təkcə 2023-cü ilin işi deyil. Məsələn, bank 2018-ci ilin birinci rübündə kreditlərdən 7.08 mln. manat faiz gəlir əldə etdiyi halda, 2019-cu ildə 10.38 mln. manata yüksəlişdən sonra, azalma trendi başlamaqla 2020-ci ildə 8.29 mln. manata, 2021-ci ildə 7.91 mln. manata və 2022-ci ildə 7.32 mln. manata qədər düşmüşdü. Cari ildə təkrarən bildirik ki, 6.56 mln. manata qədər azalma yaşayıb.

Faiz gəlirlərindəki artımın səbəbi banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirlərinin 1.22 mln. manat  kəskin sıçrayışla artmasıdır.

“Premium Bank” ASC  1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın kredit portfelinin böyük hissəsi nəqliyyat sektoruna, daha dəqiq hava nəqliyyatı sektorunda verdiyi kreditlər formalaşdırır və gəlirlər də məhz buradandır.

Faiz gəlirlərini illik müqayisə etdiyimiz kimi, kredit portfelini də illərin ilk rüblərini götürməklə müqayisə etməyə çalışacağıq. Bankın 468.75 mln. manatlıq cəmi kredit portfelinin (illik: 4% azalma) 429.14 milyon manatı biznesə verdiyi kreditlərdir. Biznes kreditləri illik müqayisədə ildən  ilə azalma müşahidə etdirir. Məsələn, 2020-ci ilin 1 aprelinə biznes kreditləri portfeli 563.69 mln. manat, 2021-ci ilin eyni dövrü 488.8 mln. manat, 2022-ci ilin eyni dövrü isə 454.45 mln. manata düşüb.

Lakin bankın kredit portfeli ölkənin bank sektorunun ümumi göstəricilərini nəzərə alsaq, olduqca sağlam bir durumdadır. Bankın 468.75 mln. manatlıq kredit portfelinin yalnız 3.42 mln. manatı vaxtı keçmiş kreditlərdir və kredit portfelinin heç 1%-ni belə təşkil etmir. Ölkə üzrə bu rəqəm ortalama 3% ətrafındadır.

Beləliklə, kommersiya bankı 2023-cü ilin birinci rübündə 4.38 mln. manat qeyri-faiz gəliri əldə edərkən, 2.17 mln. manat faiz və 7.1 mln. manat qeyri-faiz xərci çəkib. Bununla da 2.77 mln. manat əməliyyat mənfəəti edib (öncəki il: 2.15 mln. manat).

Nəticə olaraq bank rübü 3.51 mln. manatlıq xalis mənfəətlə tamamlayıb. Xalis mənfəətdə öncəki ildən (1.39 mln. manat) çox olmasına əsas amillərdən biri də 0.76 mln. manatlıq mümkün zərərlər üzrə ayrılan ehtiyatlardan daxilolmadır.

Xatırladaq ki, bankın balansında 11 mln. manat bölüşdürülməmiş mənfəət var.

1p

2p

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər