9 C
Baku
Thursday, December 12, 2024

“Premium Bank” əsas fəaliyyəti istiqamətində zəifləyib – Müştərilərə verilən kreditlər azalıb

Azərbaycanda əsasən korporativ sahədə aktiv olan “Premium Bank” ASC 2022-ci ilin ilk 9 ayı ərzində aktivlərində mühüm artımlara nail olsa da, onun müştərilərə verilən kreditlərinin həcmi kiçilib.

Banker.az bu barədə onun təqdim etdiyi rüblük maliyyə göstəricilərinə istinadla xəbər verir.

2022-ci ildə aktivlər ilin əvvəli ilə müqayisədə 5.5% artmaqla 802.13 mln. manata çatıb. Bankın 3 ay öncəki kiçilməni (aktivlər 682.59 mln. manata düşmüşdür) necə kompensasiya etdiyi və aktivlərdə son üç ayda necə bu dinamikanı əldə etdiyi maraq doğurur.

Bankın müştərilərə verdiyi kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə 3-cü rübün sonuna 5.9% azalmaqla 477.99 mln. manata düşüb. Müştərilərə verdiyi kredit portfelinə əsas azaldıcı təsir amili onun biznes krediti bazarındakı iştirakının zəifləməsidir. Bankın biznes kreditləri üzrə portfeli 443.1 mln. manat olmaqla, ilin əvvəlindən 33.93 mln. manat, yaxud 7.1% azalıb.

“Premum Bank” həcmlə ifad ədə az da olsa, istehlak və ipoteka kreditlərinə güc verib ki, bu da onların dinamikasında böyük fərqlə hiss olunur. Bank istehlak kreditlərini ilin ilk 9 ayında 2.4 dəfə artırmaqla 4.1 mln. manata, ipoteka kreditlərini isə 5.6% artımla 30.79 mln. manata yüksəldib.

“Premium Bank”ın 25 milyon civarında digər bankda depozitləri var, lakin bu investisiya xarakterli olmasına bənzəmir. Belə ki, bu məbləğ ani likvidlik imkanına malikdir.

“Premium Bank” ilin ilk doqquz ayında öhdəliklərini 574.4 mln. manatdan 619.42 mln. manata çatdırıb. Burada da bank üçün əsas maliyyə mənbəyi yenə də depozitlərdir. Onun depozitlərində 331.48 mln. manat fiziki və 244.29 mln. manat hüquqi şəxslərə aiddir.

Depozitlərin isə cəmi 251.55 mln. manatı müddətlidir, qalanı tələbli depozitlərdir.

Bankın kapitalının həcmi 182.72 mln. manat olmaqla, o cümlədən 154.6 mln. manatı səhm kapitalı, 14.04 mln. manatı bölüşdürülməmiş mənfəət və 14.08 mln. manatı kreditlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar təşkil edib.

1123123123123123123

Son xəbərlər
Digər xəbərlər